Rauf Məmmədov Qata Kamskini məğlub etdi
28 Avqust 2010 Şənbə 23:25
Rauf Məmmədov Qata Kamskini məğlub etdi. ABŞ şahmatçısının məğlubiyyətsizlik seriyası başa çatdı.
Şahmat üzrə “Baku Open” turnirinin 6-cı turu Amerika Birləşmiş Ştatlarının qrossmeysteri Qata Kamskinin məğlubiyyətsizlik seriyasının qırılması ilə əlamətdar olub. Yığma komandamızın üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədov 71-ci gedişdə Kamskini ağ bayrağ qaldırmağa məcbur edib. Bu qələbədən sonra Rauf Məmmədov 5 xal yarımla birinci pilləyə nəzarəti ələ keçirib. Onu yarım xallıq geriləmə ilə Eltac Səfərli, Fərid Abbasov, Yevgeniy Miroşniçenko, Emil Sutovski, Ələvi Seyid, Aleksey Aleksandrov, Boris Savçenko və Esen Barış izləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar