Heç bir ağrı hiss etmirəm
23 Noyabr 2010 Çərşənbə Axşamı 17:40
"Qarabağ"ın hücumçusu sabahdan məşqlərə başlayır
Unibank Premyer Liqasının XIV turunda AZAL komandası ilə oyunda xəsarət alan "Qarabağ"ın hücumçusu Rauf Əliyevin zədəsi ciddi deyil. “Qarabağ” futbol klubundan ANS PRESS-ə verilən məlumata görə, gənc hücumçu sabahdan etibarən məşqlərini bərpa edəcək.
“AZAL-la oyunun sonlarına yaxın rəqiblə toqquşdum. İlk anda ayağımda ciddi ağrı hiss etdim. Buna baxmayaraq meydanda qaldım. Amma şükürlər olsun ki, tibbi müayinə zamanı ayağımda ciddi bir şey olmadığı müəyyənləşdi. İndi artıq yaxşıyam. Heç bir ağrı hiss etmirəm. Sabahdan artıq məşqlərə başlayacam”, - deyə Rauf Əliyev bildirib.
Qeyd edək ki, "Qarabağ" Unibank Premyer Liqasının növbəti turunda "Neftçi" klubunu qəbul edəcək.
DOSTLARINLA PAYLAŞ: