Rauf Əliyev Göztəpə klubunda?
06 Yanvar 2012 Cümə 14:55
Rauf Əliyev “Göztəpə”də? Türkiyə mətbuatı futbolçumuzun klubla razılığa gəldiyini iddia edir.
Bank Asiya 1. Liqasında ikinci dövrə hazırlıqlarına başlayan Türkiyənin “Göztəpə” klubu heyətini gücləndirmək üçün hərəkətə keçib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyevi heyətinə qatmaq üçün işlər aparır.

Türkiyə mətbuatının iddiasına görə, “Göztəpə” hətta 2010-cu ildən transfer etməyə çalışdığı Rauf Əliyevlə razılığa gəlib. “Göztəpə” Rauf Əliytevdən başqa “Ankaragücü” klubunun liberiyalı üzvü Teo Viks Lyuis, “Kayserispor”lu Öndər Turacı, “Qalatasaray”lı Sərkan Çalıkı da transfer etmək üçün qarşı tərəflə danışıqlar aparır.

Xatırladaq ki, yığma komandamızın da üzvü olan 22 yaşlı Rauf Əliyev 2008-ci ildən “Qarabağ”ın formasını geyinir. Hücumçu bu müddət ərzində “Qarabağ”ın forması altında 84 oyunda meydana çıxaraq rəqib qapıya 18 dəfə yol tapıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar