Ramzan Kadırov həmyerlimizi incitməyəcək
12 Noyabr 2009 Cümə Axşamı 18:20
Şahin Diniyev: "Klub rəhbərliyi komandada qalmağımı istəyir"
Rusiyanın “Terek” klubunun baş məşqçisi Şahin Diniyev bu yaxınlarda klub rəhbərliyi ilə görüşüb. Məşqçinin sözlərinə görə, klub rəhbərliyi onun komandada qalmasını istəyir.

"Dekabrın sonunda klubla müqaviləm başa çatır. Bundan sonra qərarı onlar verəcək", - deyə Diniyev söyləyib.

Milli komandamızın keçmiş baş məşqçisi bildirib ki, klub rəhbərliyi onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Diniyev bu ilin əvvəlində Qroznının "Terek" klubunun əvəzedici komandasının baş məşqçisi təyin olunub. Bir müddət əvvəl isə başsız qalan əsas komandaya keçib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar