Ramiz Məmmədov vətənə dönür
19 Yanvar 2011 Çərşənbə 21:35
Qazaxıstanın "Atırau" klubunun baş məşqçisi Ramiz Məmmədov sabah Bakıda olacaq.
Qazaxıstanın "Atırau" klubuna baş məşqçi təyin olunan Ramiz Məmmədov vətənə dönür. Baş məşqçi sabah Bakıda olacaq.
Məmmədovun səfəri işgüzar xarakter daşıyır. Belə ki, o, "Atırau"da görmək istədiyi futbolçularla danışıqlar aparmaq üçün vətənə gələcək.

Məmmədov indiyə qədər sərəncamında görmək istədiyi futbolçuların adlarını açıqlamasa da, onun "Bakı"dan Bəxtiyar Soltanovla "Xəzər Lənkəran"ın transferə çıxardığı Rodomir Todorovla maraqlandığı deyilir. Lakin Soltanov hazırda hərbi xidmətdədir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar