Ramiz Məmmədov İran klubunu çalışdıra bilər
19 Avqust 2011 Cümə 16:36
Qonşu ölkəyə yollanan mütəxəssis orada birinci dəstə və yüksək liqa təmsilçiləri ilə danışıqlar aparacaq
Bir müddət Qazaxstanda "Atırau" klubunu çalışdıran Ramiz Məmmədov uğursuzluqdan sonra vətənə dönüb. O vaxtdan bu yana işsiz qalan gənc mütəxəssisə qonşu ölkədən təkliflər var.
Məmmədov fəaliyyətini İran klublarınını birində davam etdirə bilər. Qonşu ölkəyə yollanan Ramiz Məmmədov orada İranın birinci dəstə və yüksək liqa təmsilçiləri ilə danışıqlar aparacaq.
Məmmədov səfərə çıxmamışdan əvvəl İrandan təklif aldığını desə də, hələlik rəsmi müqavilə bağlamadığını bildirib. “Vaxtılə orada futbol oynamışam və İran klublarını yaxşı tanıyıram. İndi danışıqlar aparmağa gedirəm. İki komandadan təklif var. Bunların biri yüksək liqa, digəri isə birinci dəstə komandasıdır. Razılığa gəlsək, komandanın adını mətbuata açıqlayacağam", - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: