Ramin Əzizov dünya çempionatında bürünc medal qazandı
03 May 2011 Çərşənbə Axşamı 15:20
Ramin Əzizov aktivinə bürünc medal yazdırıb.
Cənubi Koreyanın Gyeonqju şəhərində taekvando üzrə dünya çempionatı keçirilir. ANS PRESS-in Ümumdünya Taekvando Federasiyasının (WTF) rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda iştirak edən yığma komandamız aktivinə bir medal yazdırıb.

80 kq çəki dərəcəsində çıxış edən Ramin Əzizov dünya çempionatının yarımfinal mərhələsində İran taekvandoçusu Fərzad Abdullahiyə uduzaraq aktivinə bürünc medal yazdırıb.

Digər çəki dərəcələrində çıxış edən idmançılarımız isə uğursuzluğa düçar olub. Qeyd edək ki, taekvando üzrə dünya çempionatına mayın 6-da yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar