İtaliyada keçirilən yüngül atletika üzrə Avropa çempionatında ölkəmizi təmsil edən Ramil Quliyev 60 metrəyə qaçış yarışında 7-ci olub. Mükafatçılar siyahısına düşməsə də finala qədər irəliləməsini Ramil üçün uğur saymaq olar.
Yarımfinalda 60 metrəlik məsayə 6,66 saniyə nəticə göstərən Ramil həm də şəxsi rekordunu təzələyib. Gənc atletimiz finalda İtaliya, İngiltərə və Polşadan olan güclü rəqibləri ilə ayaqlaşmalı olub. Bu dəfə isə həmyerlimiz 6,67 saniyəlik nəticə göstərib. Onu ən yaxın rəqibi ingiltərəli Kreyq Pikerinqdən cəmi 0,01 saniyə ayırıb. Birincilik isə digər ingilis sprinter Dueyn Çembersə qismət olub. /ANS TV/