Ralli yarışında ağır qəza: 8 ölü
16 Avqust 2010 Bazar Ertəsi 02:55
Sürücülərdən birinin sükan hakimiyyətini itirməsi nəticəsində avtomobil tamaşaçıların üstünə aşıb.
Amerikada keçirilən ralli yarışında baş vermiş qəza faciə ilə nəticələnib. ANS PRESS “Euronews”a istinadən xəbər verir ki, ABŞ Kaliforniya ştatında keçirilən ralli yarışında baş vermiş qəzada 8 tamaşaçı ölüb, 12 nəfər isə yaralanıb. Məlumata görə, “Kaliforniya 200” adlı yarışda sürücülərdən birinin sükan hakimiyyətini itirməsi nəticəsində avtomobil qarşısında hər hansı bir məhdudlaşdırıcı divar olmayan tamaşaçıların üstünə aşıb. Tamaşaçılardan 6 nəfəri hadisə yerində, 2-si xəstəxanaya aparılarkən ölüb. Xəsarət alan 12 nəfər isə xəstəxanaya çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, sürücünün heç bir xəsarət almadığı qəzanın səbəbləri araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar