Rail Məlikov: "Artıq çəliklə hərəkət edirəm"
24 Oktyabr 2010 Bazar 18:10
"Neftçi"nin kapitanı Rail Məlikov inanır ki, 10 gündən sonra yüngül qaçışa başlaya biləcək.
"Neftçi"nin kapitanı Rail Məlikov zədəli olsa da, komandanı yalnız buraxmır. Türkiyə ilə oyunda ayağından ağır zədə alan kapitan çəliklə yerisə də, ötən gün komandasının "Gəncə" ilə oyununu canlı izləyib.

"Neftçi"nin böyük hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra Rail Fanat.az-a açıqlama verərək, zədəsi ilə bağlı danışıb: "İki gündür ki, ayağımı yerə basa bilirəm. Artıq çəliklə hərəkət edirəm. Zədə yavaş-yavaş sağalır. İnanıram ki, 10 gündən sonra yüngül qaçışa başlaya biləcəm". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar