"Rabitəçilər" növbəti mərhələyə vəsiqə qazanıb
11 Fevral 2011 Cümə 21:50
Komandamız Çexiyanın "Modransk" klubunu məğlub edib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində qadın voleybol komandaları arasında keçirilən Çempionlar Liqası yarışlarının 1/12 final mərhələsinin cavab oyunu keçirilib. Bakının “Rabitə” klubu Çexiyanın “Modransk” komandasını qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyun Azərbaycan voleybolçularının 3:0 (25:21, 25:23, 25:19) hesablı üstünlüyü ilə başa çatıb.

Növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda keçirilən “qızıl set”də “Rabitə” daha inamlı oyun nümayiş etdirərək 15:11 hesablı qələbə qazanaraq 1/6 final mərhələsinə yüksəlib. Növbəti mərhələdə “Rabitə” klubu Polşanın “Fakro” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, komandalar arasında Çexiyada keçirilən ilk görüşdə Azərbaycan voleybolçuları 2:3 hesabı ilə məğlub olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar