"Rabitəçi" qisas aldı
15 Fevral 2011 Çərşənbə Axşamı 00:07
Voleybol üzrə Azərbaycan Super Liqasında yaranmış fasilə başa çatıb
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında yaranmış fasilə başa çatıb. 23 günlük fasilədən sonra VIII turun qarşılaşmaları keçirilib. Turun ilk matçında “Bakı” “İqtisadçı”nı sınağa çəkib. I dövrədə rəqibinə qalib gələn Jan De Brandtın yetirmələri bu dəfə də eyni uğuru təkrarlayıb – 3:0.

Bu oyundan sonra “Şirvan” və “Azərreyl” münasibətlərinə aydınlıq gətiriblər. VII turda turnir cədvəlində liderliyi itirən Vüqar Əliyevin yetirmələri bu dəfə 2 xala seviniblər. Düzdür, ilk setdə onlar rəqibin müqaviməti ilə rastlaşsalar da (25:21), son 2 hissədə gənclərdən qurulmuş “Şirvan”a cəmi 23 xal veriblər – 25:11, 25:12.

Turun axırıncı matçında son Azərbaycan Super Liqasının finalçıları - “Lokomotiv” və “Rabitə” üz-üzə gəliblər. İlk dövrədə gözlənilmədən “dəmiryolçular”a uduzaraq liderliyi itirən Dejan Brdjoviçin yetirmələri bu dəfə qisas almağı bacarıblar. Onlar rəqiblərini 3:1 hesabı ilə məğlubiyyətə uğradıblar.

Beləliklə, VIII turdan sonra turnir cədvəlində mövqe dəyişikliyi olmayıb. “Rabitə”, “İqtisadçı” və “Azərreyl” növbəti qələbələrini qazanaraq, ilk “3-lük”dəki yerlərini qoruyublar.

14 fevral

VIII tur
15:00. “Bakı” - “İqtisadçı” - 0:3 (19:25, 14:25, 20:25)
İlk oyun: “İqtisadçı” – “Bakı” – 3:1 (25:21, 25:19, 18:25, 25:16)

17:00. “Şirvan” - “Azərreyl” - 0:3 (21:25, 11:25, 12:25)
İlk oyun: “Azərreyl” – “Şirvan” - 3:0 (25:20, 25:12, 25:16)

19:00. “Lokomotiv” - “Rabitə” - 1:3 (14:25, 25:13, 17:25, 25:27)
İlk oyun: “Rabitə” - “Lokomotiv” - 2:3 (25:23, 25:21, 21:25, 18:25, 12:15)




DOSTLARINLA PAYLAŞ:

oyunlar