Rabitə və Azərreyl klublarının Çempionlar Liqasındakı rəqibləri məlum oldu
02 İyul 2011 Şənbə 01:23
Rabitə və Azərreyl klublarının Çempionlar Liqasındakı rəqibləri məlum oldu. Bakı “Dördlər finalı”na ev sahibliyi edəcək.
Vyanada voleybol üzrə Çempionlar Liqasının püşkatma mərhələsi keçirilib. ANS PRESS-in Avropa Voleybol Federasiyasının internet saytına istinadən verdiyi məlumata görə, püşkatma nəticəsində “Rabitə” və “Azərreyl” qadın voleybol klubları öz rəqiblərini tanıyıblar.

“Rabitə” B qrupuna “Fənərbağça Acıbadem” (Türkiyə), “Mulyum” (Fransa) və “Drezdner” (Almaniya) ilə düşüb.

“Azərreyl” isə D qrupunda mübarizə aparacaq. Onun qrupdakı rəqibləri “Berqamo” (İtaliya), “Vakıfbank Güneş Sigorta Türk Telekom” (Türkiyə) və “Tomis” (Rumıniya) klublarıdır.

Püşkatmadan sonra elan edilib ki, Bakı “Dördlər finalı”na ev sahibliyi edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar