"Rabitə" "Skavolini"yə qalib gəldi
02 Dekabr 2010 Cümə Axşamı 20:20
Voleybolçularımız növbəti oyununu Polşanın "Alyuprof" komandasına qarşı keçirəcək
Bu gün qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının ikinci turu çərçivəsində Bakının “Rabitə” klubu İtaliyanın “Skavolini” komandasını qəbul edib. ANS PRESS-in məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən oyunda “Rabitə” klubu rəqibini 3:1 (25:19, 25:23, 23:25, 25:21) hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Rabitə” klubu növbəti oyununu dekabrın 9-da səfərdə Polşanın “Alyuprof” komandasına qarşı keçirəcək.
DOSTLARINLA PAYLAŞ: