Rabitə qrupda birinci oldu
11 Yanvar 2011 Çərşənbə Axşamı 23:45
Rabitə qrupda birinci oldu. Voleybolçularımız "Dinamo-Romprest" klubuna qalib gəlib.
Qadın voleybolçulardan ibarət "Rabitə" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçını keçirib. ANS PRESS-in məlumatına görə, "Sərhədçi" Olimpiya Kompleksində komandamız Rumıniyanın "Dinamo-Romprest" klubunu qəbul edib. Rusiyalı Viktor Markov və türkiyəli Bülənt Bozqurdun idarə etdiyi matçın ilk setində voleybolçularımız 25:18 hesablı qələbə qazanıb. İkinci setdə 25:16 hesablı qələbəyə sevinən "Rabitə"nin son setdə üstünlüyü daha böyük olub - 25:14.
Bununla da "Rabitə" "pley-off" mərhələsinə qrup birincisi kimi çıxıb.

Rabitə (Azərbaycan) - Dinamo-Romprest (Rumıniya) 3:0 (25:18, 25:16, 25:14)
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar