"Rabitə"nin rəqibi məlum oldu
20 Mart 2010 Şənbə 22:45
Komandamız Rusiyanın "Uraloçka" voleybol klubu ilə mübarizə aparacaq
Bu gün saat 19:00-da Sərhədçi olimipiya idman kompleksində keçirilən qadınlardan ibarət Rusiyanın "Uraloçka" voleybol klubu və Serbiyanın "Srvena Zvezda" klubu arasında görüşdə Rusiya təmsilçisi məğlub olub.
"Uraloçka" və "Srvena Zvezda" klubları arasında görüş 2:3 hesabı ilə serblərin xeyrinə yekunlaşıb. Birinci setdə 25:21 hesabı ilə qələbə qazanan ruslar, ikinci hissədə 18:25 hesabı ilə meydançanı tərk ediblər. Növbəti iki setdə 21:25 ("Uraloçka") və 31:29 ("Srvena Zvezda") hərəyə bir qələbə qazanan komandalar qalibi 5-ci setdə müəyyən ediblər. Son setdə rusları məğlub edən "Srvena Zvezda" finalda iştirak etmək hüququ qazanıb.
Avropa Voleybol Konfederasiyası kubokunun yarımfinalında İtaliyanın "Yamamay Busto Arsizio" klubuna məğlub olan Azərbaycan təmsilçisi "Rabitə" turnirin üçüncüsü olmaq uğrunda Rusiyanın "Uraloçka" voleybol klubu ilə mübarizə aparacaq. Oyun sabah saat 17:00-da Sərhədçi olimipiya idman kompleksində keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: