Rabitə klubu dünya çempionu oldu!
14 Oktyabr 2011 Cümə 20:58
Rabitə klubu Azərbaycan idmanı tarixində dünya çempionluğunu qazanmış ilk klub kimi tarixə düşüb.
Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçuların klublararası dünya çempionatı başa çatıb. ANS-PRESS-in məlumatına görə, Azərbaycanın “Rabitə” klubu finalda Türkiyənin “Vakıfbank Günəş Telekom” klubu ilə qarşılaşıb.

Final qarşılaşmasında qardaş ölkə təmsilçisinin daşını daş üstündə qoymayan “Rabitə” klubu hər 3 setdə qələbə qazanaraq dünya çempionu olub: 25-15, 25-18, 25-8

Qeyd edək ki, “Rabitə” Azərbaycan idmanı tarixində dünya çempionluğunu qazanan ilk klub kimi tarixə düşüb.

3-cü yer uğrunda görüşdə “Sollis Nestle” (Braziliya) və “Mirador” (Dominikan Respublikası) klubları qarşılaşıb. “Sollis Nestle” klubu mundialın bürünc medalını qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar