Rabitə klubu dördlər finalında
14 Fevral 2013 Cümə Axşamı 23:01
"Rabitə" "Dinamo" Kazanı ikinci görüşdə də məğlub edib
Voleybolçu qadınlardan ibarət klublar arasında təşkil olunan Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu “Rabitə” bu mərhələdə Rusiyanın “Dinamo” (Kazan) klubu ilə qarşılaşıb.

Qeyd edək ki, təmsilçimiz ilk oyununu səfərdə keçirmişdi. Buna baxmayaraq, “rabitəçilər” cavab görüşü ərəfəsində çətin səfərdən sərfəli nəticə - qələbə ilə qayıtmağa bacarmışdı – 3:1. İndi Azərbaycan çempionu bu uğurunu doğma meydanda da təkrarlamaqla, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilərdi.

"Rabitə" doğma meydanda da rəqibinə şans verməyib. İnamlı qələbə komandamızı "Dördlər finalı"na çıxarıb.

Rabitə - Dinamo (Kazan) - 3:1 (25:18, 25:14, 19:25, 25:19)


DOSTLARINLA PAYLAŞ:

oyunlar