Rabitə klubu Çempionlar Liqasına qələbə ilə başladı
01 Dekabr 2011 Cümə Axşamı 22:08
Komandamız Rabitə klubu Fransanın “Myulhaus” klubuna 3:0 hesabı ilə məğlub edib.
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində ilk turun son görüşlərinə start verilib. Axırıncı oyun günündə Bakının “Rabitə” klubu Fransanın “Myulhaus” komandası ilə qarşılaşıb.
Çempionlar Liqasının son finalçısı olan xanım voleybolçularımız 2011/2012 mövsümünə qələbə ilə başlamaq arzusunda idi. Bu dəfə qarşısına çempion olmaq hədəfi qoyan Zoran Qayiçin yetirmələri bu görüşün aşkar favoriti sayılırdı. “Rabitə”nin heyətində komandanın liderlərindən sayılan Natalya Məmmədovanın zədəli olması klubumuzun ziyanına işləyən amillərdən idi.
Qarşılaşmaya gəlincə, ilk dəqiqələrdən təşəbbüsü ələ alan “Rabitə” ilk setdə rəqibini 10 xal fərqi ilə məğlub edib: 25-15. Fransalı xanım voleybolçular ikinci hissəyə daha fəal başlasalar da, komandamız ikinci setdə dönüş yaratmağı bacarıb: 25-13
Voleybolçu qızlarmız sonuncu üçüncü setdə fransalı həmkarlarının müqaviməti ilə üzləşsə də, sonda seti 25-21 hesabı ilə irəlidə bitirməyi bacarıb. Beləliklə, “Rabitə” Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna 3:0 hesablı darmadağınla başlayıb.
DOSTLARINLA PAYLAŞ: