“Rabitə” İtaliyada “Skavolini”yə məğlub oldu
07 Yanvar 2011 Cümə 00:50
Komandamız qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarında növbəti oyununu Bakıda keçirəcək
Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının beşinci turu çərçivəsində Bakının “Rabitə” klubu İtaliyanın “Skavolini” komandasının qonağı olub. Gərgin mübarizə şəraitində keçən oyun 3:2 (20:25, 25:21, 25:19, 23:25, 15:6 ) hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Xatırladaq ki, ötən il dekabrın 2-də komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Azərbaycan voleybolçuları rəqibinə 3:1 hesabı ilə qalib gəlmişdilər.
“Rabitə” klubu növbəti oyununu yanvarın 11-də Bakıda Rumıniyanın “Dinamo” komandasına qarşı keçirəcək.
DOSTLARINLA PAYLAŞ: