Rabitə ÇL-nın finalında uduzdu
21 Mart 2011 Bazar Ertəsi 11:21
Rabitə Klubu gümüş medal qazanıb.
Avropa Çempionlar Liqasının finalına adlayan “Rabitə” klubu “Vakıfbank”la birinci setdə 25:13, ikinci setdə 25:20, üçüncü setdə isə 25:18 hesabı ilə məğlub olub.

“Vakıfbank” Avropa Çempionlar Liqasının qalibi oldu. Komandamız "Rabitə" isə gümüş medal qazanıb.

Qeyd edək ki, "Rabitə"nin baş məşqçisi Dejan Brdjoviç həlledici oyun öncəsi şərhində bildirmişdi ki. oyun çox çətin keçəcək: ""Vakıfbank" çox yaxşı komandadır. Bütün oyunçular təcrübəlidir. Bilirik ki, çox çətin olacaq. Amma bizim itirməyə heç nəyimiz yoxdur. Ona görə də sərbəst oynamalıyıq. Biz yarımfinalda göstərdik ki, yaxşı oynaya bilirik. Əgər, belə oynasaq, hər şey əla ola bilər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar