Qvardiola tarixə düşdü
29 Sentyabr 2011 Cümə Axşamı 15:40
“Barselona” baş məşqçinin rəhbərliyi altında ÇL-də 23-cü qələbəsini qazanıb.
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola yeni rekorda imza atıb. ANS PRESS-in məlumatına görə, baş məşqçinin rəhbərliyi altında “Barselona” UEFA Çempionlar Liqasında 23-cü qələbəsini qazanıb.

Bunadək heç bir baş məşqçi “Barselona” ilə Çempionlar Liqasında bu qədər qələbə qazanmağa müvəffəq olmayıb. İndiyədək “Barselona” hollandiyalı baş məşqçilər Frank Raykard və Lui Van Qalın rəhbərliyi altında Çempionlar Liqasında 22 qələbə qazanıb.

Xatırladaq ki,”Barselona” Xosep Qvardiolanın rəhbərliyi altında Çempionlar Liqasında 23-cü qələbəsini dünən Belarusun BATE klubunu səfərdə 5:0 hesabı ilə məğlub etməklə rəsmiləşdirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar