Quus Hiddink millimizə məğlubiyyətin günahkarlarını tapıb
14 Oktyabr 2010 Cümə Axşamı 10:10
Baş məşqçi Quus Hiddink 3 futbolçunu Türkiyə yığmasından uzaqlaşdırır.
Baş məşqçi Quus Hiddink Avro-2012-nin seçmə qrup mərhələsinin son iki oyununda Almaniya millisi və seçmə komandamıza məğlub olan Türkiyə komandasında radikal dəyişikliklər etməyə başlayıb.
Məşqçilər korpusunun son oyunlarda zəif təsir bağışlayan Nihat Kahveçi, Hakan, Balta və Tuncay Şanlını heyətdən kənarlaşdıraraq, onların əvəzinə gənc oyunçulara dəvət göndərdiyi bildirilir. Oktyabrın 17-də Hollandiya ilə oynanacaq yoldaşlıq görüşündə Türkiyə yığmasının heyətinə “Eskişehirspor” klubunun hücumçusu Batuhan Qaradəniz və “Kayserispor”un üzvü Furkan Özçal kimi yeni futbolçuların cəlb ediləcəyi gözlənilir.
Bundan başqa, Quus Hiddinkin gənclərdən ibarət Türkiyə yığmasının oyunlarını izləyərək orada çıxış edən bir neçə futbolçunun da əsas yığmaya cəlb etmək istədiyi yayılan xəbərlər arasındadır. Bütün bu dəyişikliklərin Türkiyə yığmasının oyununa necə təsir edəcəyini isə zaman göstərəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: