Quti rəsmən “Beşiktaş”da
27 İyul 2010 Çərşənbə Axşamı 00:15
Klub ispaniyalı futbolçu Quti ilə ildə 2,7 milyon avroluq razılaşmanın əldə edildiyini təsdiqləyib.
Türkiyənin “Beşiktaş” klubu Qutinin transferini rəsmən açıqladı. Klub futboçu ilə illik 2,7 milyon avro olmaqla iki illik razılaşmanın mövcudluğunu da təsdiqləyib.

İspaniyalı futbolçu ötən axşam İstanbula səfər edib. 33 yaşlı oyunçunu “Beşiktaş”ın prezidenti Yıldırım Dərimörənin şəxsi təyyarəsi gətirib. Onu hava limanında təxminən 400 azarkeş qarşılayıb.

Bu gün hərbi müayinədən keçən futbolçu “Beşiktaş”la müqaviləyə imza atacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar