Quti "Real Madrid"ə göz yazşları ilə vida etdi
26 İyul 2010 Bazar Ertəsi 18:55
Futbolçunun 15 il oynadığı klubdan ayrılması rəsmən elan edildi.
İspaniyanın “Real Madrid” klubunun ulduz futbolçusu Quti komandası ilə yollarını rəsmən ayırdı.

Ulduz futbolçu üçün təşkil olunan vida mərasimində onun üçün xüsusi hazırlanmış video çarx nümayiş etdirilib. Klubun rəsmi saytında isə dörd manşet yazısı Qutiyə həsr edilib.

İspaniyalı futbolçunun çərşənbə axşamı İstanbula gələrək Beşiktaş klubu ilə 2 illik müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Quti adı ilə tanınan Jose Maria Qutierrez Hernandez artıq 15 il idi ki, “Real Madrid” klubun formasını geiyinirdi.

Futbolçunun klubundan ayrılması barədə xəbər Santiyaqo Bernabeu stadionuda təşkil olunan mətbuat konfransında rəsmən elan edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar