Quti Beşiktaşda
14 İyul 2010 Çərşənbə 12:15
Futbolçu “Beşiktaş”da forma geyinəcək.
İspaniyanın “Real” klubunun futbolçusu Quti karyerasını Türkiyədə davam etdirəcək. Futbolçunun menecerləri ilə “Beşiktaş” klubunun prezidenti Yıldırım Demirörən hər mənada razılığa gəliblər.

Qutinin bu günlərdə İstanbula gələrək klubla 2 illik müqaviləyə imza atacağı gözlənilir. Futbolçunun “Qalatasaray” klubuna transfer olunacağı deyilsə də bu, sonda baş tutmayıb.

Xatırladaq ki, “Beşiktaş” Qutinin karyerası ərzində oynadığı ikinci klub olacaq. Belə ki, Quti indiyədək yalnız “Real”da oynayıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar