Qusar Olimpiya Kompleksində bədii gimnasitika bölməsi açılıb
18 İyun 2011 Şənbə 21:56
Mariyana Vasileva: "Bədii gimnasitika milli yiğma komandasına Qusarın idmançıları da qatıla bilər".
Bu gün Qusar Olimpiya Kompleksində bədii gimnasitika bölməsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qaibov açılış mərasimində bildirib ki, federasiyanın məqsədi idmanın bu növünün ölkənin regionlarında da inkişaf etdirməkdir. Onun sözlərinə görə, hazırda Sumqayıt, Gəncə, Xırdalan, Göycayda bədii gimnastikanın bölmələri fəaliyyət göstərir.
Qusar rayon icra başçısı Şair Alxasov bildirib ki, AGF-nın prezidneti, ölkənin birinci xanımı Mehriban Əliyevanın səyi nəticəsində ölkənin regionlarında idmanın bədii gimnastika növünə maraq artıb. Hazırda ölkədə idmanın bu növü inkişaf mərhələsindədir.İcra başçısı bir necə ildən sonra Qusar rayonunda peşəkar gimnastların yetişəcəyinə ümidvar olduğunu bildirib.
Bədii gimnasitika üzrə Azərbaycan milli komandasının baş məşqcisi Mariyana Vasileva bildirib ki, idmanın digər növlərinin inkişafı ölkənin regionlarında çoxlu sayda istedadlı idmancıların yetişdiyini göstərir.
Vasilevanın dediyinə görə, bədii gimnasitika milli yiğma komandasına Qusarın idmançıları da qatıla bilər.
Qusar rayonunda bədii gimnasitikanın inkişafı üçün gözəl şəraitin olduğunu vurğulayan baş məşqci qeyd edib ki, bu bölmənin rəsmi açılışına qədər- iki ay davam edən hazırlıq müddətində 60-a yaxın gənc qız artıq bədii gimnasitika bölməsinə daxil olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: