Qus Hiddink: “Yenidən Türkiyədə olduğumdan çox məmnunam”
15 Mart 2010 Bazar Ertəsi 22:15
Holland mütəxəssis Qus Hiddink rəsmən Türkiyə millisinin baş məşqçisi kimi təqdim edildi
Bu gün İstanbulda keçirilən mətbuat konfransında Türkiyə Futbol Federasiyasının rəhbəri Mahmud Özgener hollandiyalı mütəxəssis Qus Hiddinki rəsmən Türkiyə millisinin baş məşqçisi kimi təqdim edib.

Mətbuat konfransında çıxış edən Holland məşqçi özünü bütünlüklə Türkiyə yığmasına həsr edəcəyini bildirib. “20 il bundan əvvəl “Fənərbaxça” ilə ilk matçımda böyük bir məğlubiyyətə uğramışdıq. Uzun bir müddət keçib və işimdə çox böyük təcrübə qazanmışam. Yenidən Türkiyədə olduğumdan çox məmnunam”,-deyə məşqçi bildirib.

Türk futbolunun gələcəyini çox parlaq gördüyünü bildirən Hiddink qısa zamanda yığma ilə Avro 2016-nın seçim mərhələsinə hazırlıqlara başlayacağını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar