Qus Hiddink Türkiyədə
03 Fevral 2010 Çərşənbə 11:30
Yerli mətbuat baş məşqçi Qus Hiddinkin fevralın 8-də müqaviləyə imza atacağını iddia edir
Türkiyə mətbuatı Qus Hiddinkin fevralın 8-də Türkiyə milli komandasına baş məşqçi təyin ediləcəyini iddia edib.

LİQ TV Qus Hiddinkin həmin tarixdə İstanbula gələrək müqaviləyə imza atacağı məlumatını yayıb. Türkiyə Futbol Federasiyası isə bu məlumatı nə təkzib, nə də təsdiq edir.

“Fanatik” qəzeti isə bir qədər də irəli gedərək Qus Hiddinkin fevralın 5-də Polşanın paytaxtı Varşava şəhərində baş tutacaq Avro 2012-nin püşkatma mərasimində Türkiyəni təmsil edəcəyini iddia edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar