Qus Hiddink imtina etdi
21 Oktyabr 2009 Çərşənbə 12:15
Türkiyə Futbol Federasiyası yeni namizəd axtarışındadır
Baş məşqçi Fatih Terim futbol üzrə Türkiyə milli komandasının postundan istefa verdikdən sonra Türkiyə Futbol Federasiyası (TFF) yeni məşqçi axtarışına çıxıb. TFF Rusiya yığmasının hazırki baş məşqçisi Qus Hiddinkə ay-ulduzlu komandaya rəhbərlik etmək təklifini edib. Qus Hiddink isə Türkiyə yığmasının baş məşqçisi postundan imtina edib.
TFF-nin digər namizədi isə “Fənərbaxça” klubunun baş məşqçisi Kristof Daumdur. TFF-nin təklif göndərdiyi hər iki məşqçilərin başı digər komandaları çalışdırmağa qarışıb. Qus Hiddinkin Rusiya Futbol İttifaqı ilə 2010-cu ilin iyun ayınadək, Kristof Daumun isə “Fənərbaxça” klubu ilə 2012-ci ilin yayına qədər müqaviləsi var.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar