Qurban Qurbanov Raykardla görüşdü
11 Yanvar 2010 Bazar Ertəsi 16:00
Məşqçimiz Qurban Qurbanov "Qalatasaray"da təcrübə keçir
Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Qalatasaray" klubunda təcrübə keçir.

Klubdan verilən məlumata görə, gənc məşqçi bu gün "Qalatasaray"ın baş məşqçisi hollandiyalı Frank Raykardla görüşüb.

15 dəqiqə ərzində Qurban Qurbanovla söhbətləşən Frank Raykard sonda məşqçimizlə xatirə şəkli çəkdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar