Qurban Qurbanov: ““Qarabağ” qələbəyə layiq idi”
30 İyul 2010 Cümə 02:15
Qurban Qurbanov: “Amma səfər qələbəsi hər şeyi həll etmir və qarşıda “Qarabağ”ı cavab oyunu gözləyir”.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Visla” üzərində qələbəni şərh edib. Baş məşqçinin sözlərinə görə, səfər qələbəsi hər şeyi həll etmir və qarşıda “Qarabağ”ı cavab oyunu gözləyir. Çünki “Visla” yüksək potensiala malik komandadır: “Oyun maraqlı keçdi. Biz çox yaxşı komandaya qarşı oynayırdıq. Fərqlənmək üçün çoxlu şansa malik idi. Ona görə də düşünürəm ki, qələbəyə layiq idik. “Visla”nın oyunçusunun meydandan qovulması bizim vəzifəmizi yüngülləşdirmədi. Sadəcə olaraq, oyun daha açıq şəraitdə keçdi. “Visla” məni təəccübləndirmədi. Amma bir daha təkrar edirəm ki, komanda potensiala malikdir və cavab oyunu başqa cür olacaq”.

Qurban Qurbanov “Visla”nın tərəfdarlarına təşəkkür edib və ümidvar olduğunu bildirib ki, onlar yaxşı oyunun şahidi oldular. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar