Qurban Qurbanov "Qalatasaray TV"yə müsahibə verib
09 Yanvar 2010 Şənbə 16:35
Qurban Qurbanov baş məşqçi Frank Raykardın oyun fəlsəfəsini bəyənir.
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Qalatasaray TV"yə müsahibə verib. Baş məşqçi müsahibəsində "Qalatasary" klubunda təcrübə keçməsini bu klubun oyun üslubunu bəyənməsilə izah edib.

"Qalatasaray"ın baş məşqçisi Frank Raykardın oyun fəlsəfəsini bəyənirəm. Bu səbəbdən bu klubda təcrübə keçməyə üstünlük verdim",-deyə Qurban Qurbanov “Qalatasaray TV”yə müsahibəsində bildirib.

Qurbanov "Bakı"nın hazırki çalışdırıcısı Bülənt Qorxmazla münasibətinə də aydınlıq gətirib."Bülənt Qorxmaz futbolda sözünü demiş insandır. O, az zamanda klubda çox işlər görüb. "Bakı"nın daha yaxşı oyun göstərəcəyini düşünürəm",-deyə məşqçi bildirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar