Qurban Qurbanov: Problemlərimiz var idi
05 Avqust 2013 Bazar Ertəsi 01:26
Qarabağ klubunun baş meşqçisi Qurban Qurbanov "İnter"le oyun haqqında danışıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 1-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:

“Maraqlı və çətin oyun oldu, qalib gəldik. Oyun sistemində müəyyən problemlərimiz var idi. Oyunun gedişində daha az təcrübəsi olan futbolçularımız özünə gəldi. Getdikcə oyunlar daha da çətinləşəcək. Hər oyunda diqqətli olmalıyıq. Avroliqadakı oyuna ciddi hazırlaşmalıyıq. Növbəti iki gündə futbolçuların fiziki durumunu bərpa etməyə çalışacağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar