Qurban Qurbanov: Onlar meydanın hər yerində vuruşacaqlar
20 İyun 2011 Bazar Ertəsi 23:33
Qurban Qurbanov: "Qarabağ"ın baş məşqçisi hesab edir ki, "Banqa" heç də zəif komanda deyil.
"Qısaca da olsa, rəqibləri analiz etdik. "Banqa" deyildiyi kimi zəif komanda deyil. Onlarda hazırda çempionatın qızğın vaxtıdır. Komandalar yaxşı vəziyyətdədir. Rəqibimiz son 5 oyunun 4-də qələbə qazanıb, birində heç-heçə edib. Göründüyü kimi son zamanlar yüksəlişdədilər". ANS PRESS "Fanat.az" saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi ikinci mərhələ haqqında hələ fikirləşmədiklərini də bildirib. "Banqa"nın çox gənc komanda olduğunu deyən Qurbanov rəqibin sonadək mübarizə aparacağını qeyd edib.

“Onlar meydanın hər yerində vuruşacaqlar. Ona görə də rəqibi lazım olduğu qədər qiymətləndiririk. Futbol oynamadan, hazırlaşmadan nəticə qazanmaq mümkün deyil. Tam səmimi deyirəm, ikinci mərhələ haqqında hələ fikirləşmirik. Komanda olaraq da eyni durumdayıq. İlk olaraq, litvalılarla oyuna hazırlaşmalıyıq. Çalışacağıq ilk oyuna kimi maksimum hazır olaq", - deyə gənc mütəxəssis vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar