Qurban Qurbanov: "Nə məni, nə də futbolçuları tərifləyin!"
23 İyul 2010 Cümə 23:10
Qurban Qurbanov: "Qazandığımız uğurların eyforiyasına düşməməliyik".
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə jurnalistlərini nə onun özü, nə də futbolçuları haqda tərif yazmağı istəyib. Bu gün jurnalistlərlə söhbətdə Qurban Qurbanov bildirib ki, "Qarabağ"ın Avropa Liqasında qazandığı uğurlar hələ inkişaf yolunda başlanğıcın bir hissəsidir: "Gəlin, özümüzü aldatmayaq. Bəli, bu uğurlar bizim üçün haradasa böyük görünə bilər. Amma bunlar azdır. Başda mən olmaqla, "Qarabağ" komandasının futbolçuları öz üzərimizdə çox çalışmalı və hələ çox şey öyrənməliyik".

Son illər Azərbaycanda futbolun inkişaf etdiyini bildirən Qurban Qurbanov bununla belə qeyd edib ki, aparıcı futbol ölkələrində klubların bir günə keçdiyi yolu, bizim komandalar hələ bir aya gedir: "Məhz buna görə də biz özümüzü aldatmamalı, qazandığımız uğurların eyforiyasına düşməməliyik. Bir daha deyirəm, başda mən olmaqla öz üzərimizdə hələ çox işləməliyik. Siz jurnalistlərdən də istəyim budur ki, məni və futbolçuları çox tərifləməyin". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar