Qurban Qurbanov əfsanəyə çevrildi
20 Noyabr 2012 Çərşənbə Axşamı 11:37
"Qarabağ"ın baş məşqçisi klub tarixinə düşüb
Azərbaycan Premyer Liqasının XIII turu Ağdamın "Qarabağ" klubu və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, "Simurq"la qarşılaşmada qazanılan 2:1 hesablı qələbə tarixi əhəmiyyət kəsb edib.

Məsələ burasındadır ki, 135-ci dəfə ağdamlıları baş məşqçi kimi çempionat oyununa çıxaran Qurbanov 65-ci dəfə qələbə sevinci yaşayıb.

Bununla da Qurbanov "Qarabağ"ın baş məşqçisi postunda çempionatda ən çox qələbə qazanan mütəxəssis olub. O, Ağasəlim Mircavadova məxsus rekordu arxada qoyub. Təcrübəli mütəxəssis 119 çempionat oyununda 64 dəfə "Qarabağ"ın qələbəsinə töhfə verib, 33 heç-heçə edib və 22 dəfə məğlub olub. Bu qarşılaşmalarda top fərqi 185-87-dir.

"Qarabağ"ın çempionat oyunlarındakı qələbə sayında 3-cü pillədə isə Şahin Diniyevdir. Onun rəhbərliyi altında komanda 31 dəfə 3 xala sevinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar