Qurban Qurbanov: "Belə səhvlər buraxmaq olmaz"
01 May 2011 Bazar 20:27
Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov "Qarabağ" - "Bakı" oyunundan danışıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turunun “Bakı” ilə oyununu şərh edib. Ağdam klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:

“Biz ilk yarıda iki kobud səhvə yol verdik və nəticədə qapımızdan elə qollar buraxdıq. Belə səhvlər buraxmaq olmaz. Amma məni sevindirən o oldu ki, uşaqlar ruhdan düşmədilər və sona kimi mübarizə aparıb, buraxılan qolların əvəzini çıxa bildilər. Biz bu gün qələbə qazanmaq istəyirdik. Yaxşı nəticəyə köklənmişdik. Təəssüf ki, 1 xalla kifayətlənməli olduq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar