Qurban Qurbanov: "Belə oynamaq olmaz..."
20 Avqust 2010 Cümə 20:20
Qurban Qurbanov: "Biz özümüz "Borussiya" üçün şərait yaradırdıq"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Borussiya” komandasına Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyundaki məğlubiyyətdən danışıb. Məşqçi Azerisport.az saytına müsahibə verib:

- Bu sayda buraxılan səhvlərin səbəbi nədədir?

- Rəqib oyunu ilə öz gücünü göstərdi. Top bizə düşən kimi rəqibin iki-üç futbolçusu oyunçumuzu əhatə edirdi. Çoxlu səhv buraxdıq. Onlardan biri də komandada özünə inamı pozdu.

- Hansı səhv oyunda həlledici oldu?

- Demək olar ki, ilk qolun epizodu. Bundan sonra daha bir neçə səhvlər oldu, misal üçün, İmaməliyev tərəfindən. Belə oynamaq olmaz. Biz özümüz “Borussiya” üçün şərait yaradırdıq.

- Fasiləyə 0:4 hesablı məğlubiyyətnən gedəndə, oyunçulara nə dediniz?

- Bu, komandanın daxilində qalacaq.

- Dortmund oyunu “Qarabağ”-a gələcək avrokuboklarındaki çıxış üçün təcrübə verəcəkmi?

- Sözsüz. Əgər biz inkişaf etmək, irəliləmək istəyiriksə, o zaman bu cür görüşləri oynamaq lazımdır.

- Oyunsonrası mətbuat konfransında siz bildirdiniz ki, azərkeşləri sevindirmək istəyirsiz. Bakıda bir həftədən sonra keçiriləcək oyundan nə gözləyirsiz?

- Əlbətdə, qalib olmaq istəyirik. Lakin əvvəlcədən hər şey necə olacaq demək çətindir. Amma hesab edirəm ki, doğma divarlar arasında daha inamlı oyun göstərəcəyik. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar