Qurban Qurbanov: Azarkeşlər bizdən yaxşı oyun gözləyir
06 İyul 2011 Çərşənbə 15:27
Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi ANS-ə “Banqa” ilə oyun haqqında danışıb.
Futbol üzrə Avroliqa turnirində mübarizə aparan “Qarabağ” futbol klubu Litvanin “Banqa” klubu ilə oyuna hazırlığı davam etdirir. Təsnifat mərhələsinin ilk matçında səfərdə rəqibini 4-0 hesabı ilə məğlub etmiş təmsilçimiz, sabahkı görüşə də əsas heyətlə çıxacaq.

Bununla belə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov gənclərə də şans verməyi düşünür: “Bir daha qeyd edirəm ki, biz buradakı qarşılaşmaya Liqadakı oyundan da ciddi hazırlaşırıq. Çünki azərkeşlər bizdən daha yaxşı oyun, daha yaxşı nəticə gözləyir. Futbol elə oyundur ki, gərək daima hər bir oyuna ciddi yanaşasan. Ümumiyyətlə çalışdıq ki, futbolçularda boşalma olmasın ki, 4-0 hesablı qələbə onlara təsir etməsin”.

“Qarabağ”ın baş məşqçisi “Banqa” ilə cavab qarşılaşmasında yetirmələrinin yaxşı nəticə əldə edəcəyinə inandığını bildirib.

Xatırladaq ki, “Qarabağ” ilk görüşdə səfərdə “Banqa”nı 4:0 hesabı ilə məğlub etmişdi. Cavab qarşılaşması isə sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar