Qurban Qurbanov Almaniyaya gedəcək
25 Avqust 2011 Cümə Axşamı 21:10
"Qarabağ"ın baş məşqçisi "Borussiya"nın məşqlərini izləyəcək, klubun infrastrukturu ilə tanış olacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanacaq. ANS PRESS “Fanat.az” saytına istinadən bildirir ki, komandanın çalışdırıcısı Dortmund "Borussiya"sında təcrübə mübadiləsindən yararlanacaq. Sentyabrın 4-11 arasında baş tutacaq səfər zamanı məşqçimiz sonuncu Almaniya çempionunun məşqlərini izləyəcək, klubun infrastrukturu ilə tanış olacaq.

Qurban Qurbanovun eyni zamanda "Borussiya"nın çalışdırıcısı Yurgen Kloppla görüşü nəzərdə tutulub. Sentyabrın 11-də geri dönəcək məşqçimiz "Sumqayıt-şəhər"lə Premyer Liqada baş tutacaq oyuna yetişəcəyi gözlənilir.

Xatırladaq ki, bu, “Qarabağ”ın baş məşqçisinin ilk belə səfəri deyil. Qurbanov 2010-cu ilin yanvar ayında "Qalatasaray`"n düşərgəsinə yollanmış və bu klubun o vaxtki baş məşqçisi Frank Raykardla görüşmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar