Qulliti “Terek”dən qovurlar
14 İyun 2011 Çərşənbə Axşamı 00:20
Ramzan Kadırov hollandiyalı futbol əfsanəsindən narazıdır
Çeçenistanın “Terek” klubunun rəhbərliyi komandanın baş məşqçisi, hollandiyalı Ruud Qullitin işindən narazılığı ifadə edib və onu qovulmaqla hədələyib.

“Bu gün biz etiraf etməldiyk ki, Qullit klub rəhbərliyinin ümidlərini doğrultmayıb. Onun tərəfindən buraxılan səhflərin hesabatı mövsümlərarası fasilədən aparılır. Qarşısında Avropa Liqasına vəsiqə qazanmaq vəzifəsi qoyulan klub 13-cü tur ərəfəsində 14-cü yeri tutur”, - futbol klubunun bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Çeçenistan rəhbəri həmçinin “Terek”in prezidenti Ramzan Kadırov baş məşqçinin qarşısında Permdəki səfər oyununda üç xalla qafyıtmağı tapşırıb. Əks təqdirdə Qullit baş məşqçilikdən qovulacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar