Qrup mərhələsinin beş iştirakçısı məlumdur
24 Avqust 2011 Çərşənbə 02:50
“Neftçi” yarı yolda qoyan “Dinamo” Avropanın ən nüfuzlu klub turnirində yoluna davam edir
UEFA Çempionlar Liqasının sonuncu təsnifat mərhəsində beş oyun keçirilib. ANS PRESS-in məlumatına görə, Kiprin “Apoel”, Almaniyanın “Bavariya”, Xorvatiyanın “Dinamo”, Belçikanın “Genk” və İspaniyanın “Villareal” klubları Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.
Günün nəticələri:
APOEL (Kipr) - Visla (Polşa) 3:1 (ilk oyun 0:1)
Malmö (İsveç) - Dinamo (Xorvatiya) 2:0 (ilk oyun 1:4)
Sürix (İsveçrə) - Bavariya (Almaniya) 0:1 (ilk oyun 0:2)
Villareal (İspaniya) - Odense (Danimarka) 3:0 (ilk oyun 0:1)
Genk (Belçika) - Makkabi (Hayfa, İsrail) 2:1 (penaltilər 4:1) (ilk oyun 1:2).
Bu gün daha beş oyun keçiriləcək və təsnifat mərhələsindən qrup mərhələsinə yüksələn komandaların hamısı məlum olacaq. Günün qarşılaşmaları:
21.00. Rubin (Rusiya) - Lion (Fransa) (ilk oyun 1:3)
23.45. Udineze (İtaliya) - Arsenal (İngiltərə) (ilk oyun 0:1)
23.45. Şturm (Avstriya) - BATE (Belarus) (ilk oyun 1:1)
23.45. Viktoriya (Çexiya) - Kopenhagen (Danimarka) (ilk oyun 3:1)
23.45. Benfika (Portuqaliya) - Tvente (Hollandiya) (ilk oyun 2:2).
DOSTLARINLA PAYLAŞ: