Qrossmeyster Azər Mirzəyev beynəlxalq turnirin qalibi olub
19 Dekabr 2012 Çərşənbə 10:23
Azər Mirzəyev 9 oyundan 6 xal toplayıb.
Azərbaycan daha bir beynəlxalq yarışda qalib olub. Beynəlxalq qrossmeyster Azər Mirzayevin ANS PRESS-ə verdiyi məlumata görə, dekabrın 11-17-də İspaniyanın Elqoibar (Basklar ölkəsi) şəhərində dairəvi sistem üzrə (FİDE-nin 9-cu dərəcəsi) beynəlxalq turnir keçirilib. A.Mirzəyev 9 oyundan 6 xal toplayaraq turnirin qalibi adına layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: