Qollarımı nənəmə ithaf edirəm
10 Dekabr 2010 Cümə 17:00
Futbolçu UNICEF-in tədbirində uşaqlarıın suallarını cavablandırıb
Argentina yığma komandası və “Barselona” klubunun futbolçusu Lionel Messi UNICEF-in uşaqlar üçün təşkil etdiyi tədbirə qatılıb. Futbolçu tədbirdə uşaqların çoxsaylı suallarına tuş gəlib. “Futbola çox sevdiyim üçün başladım. Ancaq zaman keçdikcə, peşəkar futbolçu oldum. Üzərimdə böyük təzyiq var. Ancaq futbolun bir oyun olduğunu da heç vaxt unutmuram”, - deyə Messi bildirib.

Bir uşağın “nəyə görə bütün qollarınızı əlinizi göyə qaldıraraq qeyd edirsiniz” sualına isə Messi belə cavab verib: “Qollarımı nənəmə ithaf edirəm. Mənim futbola başlağımda onun rolu böyük olub. Ancaq o, indi aramızda deyil. Onun yanımda olub hansı yerlərə gəldiyimi görməyini istərdim”.

Xatırladaq ki, Lionel Messi 1987-ci ildə iyunun 24-də Argentinanın Rosario şəhərində doğulub. Lionelin atası Xorxe adlı şəxs fabrik işçisi olub. Anası Siliya isə xadimə işləyib. Lionel Messinin Rodriqo və Mattias adlı iki qardaşı və Mariya Sol adlı bacısı var. Lionel Messi ilk dəfə 5 yaşında atasının məşqçilik etdiyi “Qrandoli” klubunda futbol oynamağa başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar