Qızlarımızın qazancı 5 medal oldu
29 Noyabr 2010 Bazar Ertəsi 11:55
Ukraynada güləş üzrə beynəlxalq turnir keçirilib
Yeniyetmə qızlardan ibarət komandamız məşqçilər Mehman Nəcəfov və İsaməddin Hüseynovun başçılığı altında hazırlıqlarını Ukraynada davam etdirir. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, komanda üzvləri orada keçirilən beynəlxalq turnirdə öz qüvvələrini sınayıb və ümumilikdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Sahilə Ələkbərova (38 kq) qızıl, Arzu Əliyeva (46 kq) və Aytən Əliyeva (70 kq) gümüş, Solmaz Həşimzadə (49 kq) və Ramilə Quliyeva (56 kq) isə bürünc medala yiyələnib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar