Qızlarımız vətənə başıuca döndülər
19 Fevral 2010 Cümə 12:10
Ukraynada “Drujba” turnirinə yekun vurulub
Ukraynanın Brovari şəhərində yeniyetmə və gənc qızlar arasında güləş üzrə “Drujba” beynəlxalq turniri başa çatıb. Yarışda mübarizə aparan 7 təmsilçimizdən 4-ü ölkəmizə medalla dönüb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yeniyetmələrin rəqabətində baş mükafata Patimat Baqomedova (52 kq) sahib çıxıb. Aydan Səfərli (46 kq) 3-cü yerlə kifayətlənib. Eyni nəticəni gənclərimiz də əldə ediblər. Bütün tərəf müqabillərini üstələyən Marziget Baqomedova (51 kq) qızıl, yalnız bir görüşdə məğlub olan Günay İsmayılova (55 kq) bürünc medal qazanıb.
Xatırladaq ki, komandamız Ukraynaya məşqçi Arif Fərmanovun rəhbərliyi ilə yollanmışdı. Hakimlər briqadasında gənc referi Vüqar Şükürov da yer alırdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar