İyunun 5-7-də Ukraynanın Lvov şəhərində yeniyetmə qızlar arasında beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məşqçi Arif Fərmanovun rəhbərliyi altında turnirdə çıxış edən milli komandamızın 3 üzvü mükafatçılar sırasına düşə bilib. 49 kq çəki dərəcəsində yarışan Patimat Baqomedov bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalını qazanıb. Digər güləşçimiz Kəmalə Əliyeva (46 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. 46 kq çəki dərəcəsində çıxış edən Aydan Səfərli isə bürünc medal qazanıb. /ANS PRESS/