Qızlarımız uduzub
26 Mart 2011 Şənbə 21:03
«Altenmark» klubunun 15 yaşlı futbolçuları milli yığmaya qalib gəlib.
Avstriyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Avstriyanın «Altenmark» klubunun U-15 komandası ilə qarşılaşan yığmamız 2:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində hər iki qolu Suğra Xəlilova vurub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: