Qızlarımız Ermənistana getməkdən imtina etdilər
02 Mart 2010 Çərşənbə Axşamı 17:00
Qadın basketbolçularımız Avropa çempionatında iştirak etməyəcək
Ermənistanın paytaxtı İrəvanda qadınlar arasında basketbol üzrə Avropa çempionatının C divizionunda oyunlar baş tutacaq. Yarışda Ermənistan, Andorra, Cəbəllütariq, Moldova, Şotlandiya, Uels, Malta və Azərbaycan yığmalarının iştirakı nəzərdə tutulsa da, sonradan ölkəmiz yarışda iştirakdan imtina edib.

Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmovun ANS PRESS-ə verdiyi məlumta görə, ölkəmiz Beynəlxalq Basketbol Federasiyasına (FİBA) müraciət edərək komandamızın İrəvana getməyəcəyini bildirilib. Məktubda qadın basketbolçularımızın da Ermənistana yollanmaq istəmədikləri bildirilib.

Artıq FİBA-dan Azərbaycan Basketbol Federasiyasına cavab məktubu da daxil olub. Bu məktubda FİBA ölkəmizin gətirdiyi arqumentləri qəbul edərək qadın basketbolçularımızın Avropa çempionatında iştirak etməyəcəyini qəbul edib. Bununla bağlı Azərbaycan Basketbol Federasiyasına hər hansı bir maddi cərimə və diskvalifikasiya tətbiq edilməyəcək.

Xatırladaq ki, Azərbaycan 2009-cu ilin sentyabr ayında cüdo üzrə gənclərin Avropa çempionatında iştirak etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar